DÜNYA

Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək
23 APREL
267

Türkiyə Gürcüstandakı Marneuli aerodromunu yeniləyəcək

2018-04-23 21:03:00

Türkiyə Gürcüstandakı Marneuli hərbi aerodromunun modernləşdirilməsində iştirak edəcək.

Fins.az-ın yerli bürosunun məlumatına əsasən, bu məqsədlə Türkiyə hökuməti Gürcüstana 5,5 mln. türk lirəsi (1,3 mln. dollar) ayırıb. Vəsaitin bir hissəsi aerodromun yenilənməsi, digər hissəsi və əvvəlki illərdə istifadə olunmamış 3,88 mln. dolları isə hərbi mühəndis məktəbinin yaradılmasına yönəldiləcək. 

Türkiyə həmçinin Marneuli aerodromunu müdafiə avadanlıqları ilə də təmin edəcək.

Qeyd edək ki, 2008-ci ilin avqust müharibəsi zamanı Gürcüstan tərəfi Rusiyanın Marneuli aerodromunu bombalaması barədə məlumatlar yaymışdı.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257