DÜNYA

ABŞ-da 820 aktiv neft quyusu var
21 APREL
258

ABŞ-da 820 aktiv neft quyusu var

2018-04-21 21:54:00

ABŞ-dakı neft quyularının sayı artıb.

“Baker Hughes” şirkəti xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 5 ədəd artaraq 1013 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 158 ədəd çoxalıb.

Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı 5 ədəd artaraq 820 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı son 13 həftənin 11-də artım göstərib. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 132 ədəd artıb.

Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı isə dəyişməyərək 192 ədəd olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 25 ədəd artım göstərib.

Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276