DÜNYA

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb
21 APREL
298

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırıb

2018-04-21 14:53:00

Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb.

Fins.az-ın verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Aprelin 19-da ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Bundan əvvəl D.Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeonun ötən həftə Pxenyanda Kim Çen Inla görüşdüyünü bildirib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255