DÜNYA

Rusiyada milyarderlərin sayı artıb
19 APREL
210

Rusiyada milyarderlərin sayı artıb

2018-04-19 12:47:00

Rusiyada milyarderlərin sayı 10 nəfər artaraq 106-ya çatıb. 

Fins.az xəbər verir ki, bu barədə məşhur "Forbes" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, 2017-ci ildə Rusiyaya qarşı tətbiq edilmiş sanskiyalara baxmayaraq, il milyarderlər üçün uğurlu olub. Ölkənin ən varlı 200 milyarderinin sərvəti 25 mlrd. ABŞ dolları artaraq 485 mlrd. dollara yüksəlib. 

Həmişə olduğu kimi, yenə də milyarderlərin siyahısına metallurgiya sahəsində fəaliyyət göstərən iş adamları başçılıq edirlər. Belə ki, "Novalipeç Metalugiya Kombinatı"nın rəhbəri Vladimir Lisin 19,1 mlrd. dollarla 1-ci, "Severstali" şirkətinin sahibi Aleksey Mordaşov isə 18, 7 mlrd. dollarla 2-ci yerdədir. 

"LUKoil" neft şirkətinin sahibi, əslən azərbaycanlı iş adamı Vahid Ələkbərovun sərvəti isə 16,4 mlrd. dollar məbləğində qiymətləndirilir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256