DÜNYA

Dünya çempionatı üçün 2.2 milyon bilet satılıb
17 APREL
130

Dünya çempionatı üçün 2.2 milyon bilet satılıb

2018-04-17 14:11:00

 Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün 2.2 milyon bilet satılıb.

Fins.az-ın məlumatına görə, biletlərin çoxu FİFA-nın rəsmi saytı vasitəsi ilə alıcı tapıb. Alıcılardan 53 faizini xarici vətəndaşlar təşkil edib. Onların arasında ABŞ, Braziliya və Kolumbiya azarkeşləri öndə gedir. Aprelin 18-də FİFA-nın saytında bilet satışının son mərhələsi başlayacaq.

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277