DÜNYA

OPEC iyunda “Vyana sazişi”nin uzadılması məsələsinə baxacaq
16 APREL
212

OPEC iyunda “Vyana sazişi”nin uzadılması məsələsinə baxacaq

2018-04-16 14:21:00

OPEC+ ölkələri dünya bazarında neft hasilatının azaldılmasını 2018-ci ildə də davam etdirəcəklər.

Fins.az xəbər verir ki, iyunda keçiriləcək görüşdə OPEC+ ölkələri sazişin müddətinin 2019-cu ildə də uzadılması məsələsinə baxacaqlar. 

“Bazardakı vəziyyətdən asılı olaraq əldə olunan razılıq çərçivəsində hasilatın azaldılması ən azı bu ilin sonuna qədər davam edəcək. 2019-cu il üçün də razılığın uzadılması məsələsinə baxılacaq,” – deyə Küveytin neft naziri Bəxit əl-Rəşidi deyib. 

Martda verdiyi açıqlamada İraqın neft naziri Cabbar əl-Layibi deyib ki, bəzi ölkələr razılaşmanın müddətinin daha yarım il müddətinə uzadılmasını təklif edir. Buna baxmayaraq nazir həmin ölkələrin adlarını açıqlamayıb.   

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına  Azərbaycan da qoşulub.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256