DÜNYA

Kreml "Telegram" mesencerinin bloklanmasını şərh edib
13 APREL
482

Kreml "Telegram" mesencerinin bloklanmasını şərh edib

2018-04-13 17:25:00

Kreml Rusiyada "Telegram" mesencer proqramının bloklanması qərarına münasibət bildirib.

Fins.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söhbətin qanunun tələblərini yerinə yetirməməkdən yox, istifadəçilərin hüquqlarını pozmaqdan getdiyini bildirib.

"Rusiya Federasiyasının müvafiq orqanlara müəyyən məlumat toplusu verilməsini tələb edən qanunu var. Bu şərtin yerinə yetirilməsi razılıq əldə etməyə imkan verirdi, lakin, təəssüf ki, belə konsensusu əldə etmək mümkün olmadı", - D.Peskov jurnalistlərə deyib.

Xatırladaq ki, bu gün Moskva şəhər Taqanski məhkəməsi "Roskomnadzor"un tələbini yerinə yetirərək Rusiyada "Telegram" mesencerinə girişi bloklayıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256