Moskvada ilk elektrobuslar bu ilin sentyabrında istifadəyə veriləcək.
Fins.az-ın məlumatına görə, bu barədə Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov bildirib:
"Bu il ilk elektrobusları paytaxtda görəcəyik. Bunlar aldığımız yeni avtobusların parkına əlavə olunacaq".
Onun sözlərinə görə, bu elektrobuslar müasir olacaq, belə ki, videomüşahidə, klimat-nəzarət sistemi, hətta pulsuz Wi-Fi-la təchiz olunub.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır