DÜNYA

Daha bir ölkədə yanacağın qiyməti artırıldı
13 APREL
581

Daha bir ölkədə yanacağın qiyməti artırıldı

2018-04-13 11:42:00

Dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Çində yanacağın pərakəndə satış qiyməti artırılıb.

Fins.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin 55 yuan (8,75 ABŞ dolları) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə 4-cü qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256