DÜNYA

Martda OPEC gündəlik neft hasilatını 200 min barel azaldıb
13 APREL
206

Martda OPEC gündəlik neft hasilatını 200 min barel azaldıb

2018-04-13 10:27:00

OPEC mart ayında gündəlik neft hasilatını 201,4 min barrel azaldaraq, neft hasilatının məhdudlaşdırılması barədə sazişi 161 faiz yerinə yetirib.

Məruzədə deyilir: “Eyni zamanda, əsasən Anqola, Venesuela, Əlcəzair və Səudiyyə Ərəbistanında neft hasilatı aşağı düşdüyü halda, bu, BƏƏ-də hasilatın qismən artması ilə kompensasiya edilir”.

2016-cı ilin oktyabrı ilə müqayisədə OPEC-ə üzv olan 11 ölkə və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişə uyğun olaraq, hasilatı öhdəyə götürdükləri gündəlik 1,266 milyon barrelə qarşı 2,035 milyon barrel azaldıblar. Bu ölkələrin sırasına Əlcəzair, Anqola, Ekvador, Qabon, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Venesuela və Ekvatorial Qvineya daxildir. Bununla da OPEC mart ayında öhdəliyi 61 faiz artıqlaması ilə yerinə yetirib.

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə hasilatın oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə razılaşıblar. Neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddəti 2018-ci ilin sonunadək uzadılıb. Azərbaycan ötən il və cari ilin üç ayı ərzində götürdüyü bütün öhdəlikləri yerinə yetirib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278