DÜNYA

Yeni Zelandiya dənizdə yeni neft-qaz yataqlarının axtarışını qadağan edib
12 APREL
307

Yeni Zelandiya dənizdə yeni neft-qaz yataqlarının axtarışını qadağan edib

2018-04-12 10:29:00

Yeni Zelandiya hökuməti dənizdə yeni neft və qaz yataqlarının axtarışını qadağan edib.

Fins.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Ardern bildirib.

"Biz gələcək nəsilləri iqlim dəyişikliyinin çox zərərli nəticələrindən qoruyuruq", - deyə baş nazir bildirib.

Ölkənin energetika və təbii resurslar naziri Meqan Vudz isə bildirib ki, qadağa geoloji kəşfiyyata daha əvvəl verilmiş lisenziyaları nəzərdə tutmur. Onun sözlərinə görə, bu işlər 2030-cu ilə qədər davam edə bilər.

Müxalifət nümayəndələri isə öz növbəsində, hökumətin qərarını tənqid ediblər. Qeyri-iqtidar təmsilçiləri bu qərarı "iqtisadi vandalizm" adlandırıblar. Onlar bildirirlər ki, neft-qaz şirkətləri minlərlə iş yeri yaradır və hər il ölkənin büdcəsini doldurur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259