DÜNYA

Moskvada Rusiya və MDB-də neft emalı və neft kimyası mövzusunda konqres öz işinə başlayıb
10 APREL
318

Moskvada Rusiya və MDB-də neft emalı və neft kimyası mövzusunda konqres öz işinə başlayıb

2018-04-10 10:51:00

Moskvada Rusiya və MDB-də neft emalı və neft kimyası mövzusunda konqres öz işinə başlayıb.

Fins.az xəbər verir ki, tədbirin işində karbohidrogenlərin emalı sahəsində ixtisaslaşan çox sayda Rusiya və xarici şirkət iştirak edib.

Konqres iştirakçılarını müasir şəraitdə maksimum rentabelliyin təmin edilməsi məsələləri maraqlandırıb. "Qazprom", "Lukoil" kimi nəhənglər və onların xarici tərəfdaşlarının məsuliyyətli istiqamətlərinin rəhbərləri öz təcrübələrini bölüşüblər və məhsuldarlığı təmin etmək üçün öz yollarını təklif ediblər.

"Müəssisələrin “Downstream” seqmentində əməliyyat səmərəliliyinin artırılması" bölməsində moderator qismində "Petkim" şirkətinin baş menecerinin müavini Kənan Mirzəyev çıxış edib.

Müzakirələrin ana xəttini xətti iqtisadiyyatdan dairəviyə keçid üsulları təşkil edib. K.Mirzəyev hesabatında "Petkim" şirkətinin istehsal səmərəliliyinin artırılması sahəsində təcrübəsi və planlarını bölüşüb.

"Fəaliyyət dövründə bizə məlum oldu ki, müəssisənin gəlirləri birbaşa avadanlığın səmərəliliyi və istehsal məhsullarının qorunub saxlanması imkanlarından asılıdır. Bu gün biz istehsalın qeyri-mərkəzləşdirilməsi imkanlarını nəzərdən keçiririk və texnologiyanı təkmilləşdirmək üzərində işləyirik", - deyə "Petkim"in baş menecer müavini bildirib.

Neft emalı və neft-kimya sənayesinin nümayəndələri konqres kuluarları üzrə işgüzar danışıqlarda fəal iştirak edirlər və qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlirlər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256