DÜNYA

Ukrayna ilk dəfə G7 XİN başçılarının görüşünə dəvət edilib
09 APREL
197

Ukrayna ilk dəfə G7 XİN başçılarının görüşünə dəvət edilib

2018-04-09 17:54:00

Ukraynanın xarici işlər naziri Pavel Klimkin G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünə dəvət olunub.

Fins.az-a xəbər verir ki, bu barədə "Avropa həqiqəti" nəşri Ukraynanın Kanadadakı səfiri Andrey Şevçenkoya istinadən xəbər verir.

Diplomatın sözlərinə görə, Kiyev ilk dəfə "Böyük yeddilik" ölkələrinin tamhüquqlu planlaşdırılmış tədbirində iştirak edəcək. Diplomat P.Klimkinin həmkarı, kanadalı nazir Xristi Frilanddan dəvət aldığını vurğulayıb.

"Biz bu dəvətdə G-7 ölkələrindəki yoldaşlarımızın hamısının iradəsini görürük", - A.Şevçenko bildirib.

Qeyd edək ki, "Böyük yeddilik" (G7) dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 7 ölkəsinin birliyidir. Buraya ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Fransa, İtaliya və Kanada daxildir. 2018-ci ildə sammit aprelin 22-də Kanadanın Toronto şəhərində keçiriləcək.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278