DÜNYA

ABŞ rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır
05 APREL
132

ABŞ rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

2018-04-05 11:26:00

ABŞ həftənin sonunadək rusiyalı iş adamlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Rusiya işi” üzrə sanksiyalar tətbiq ediləcək şəxslərin adları açıqlanmır. “The Washington Post” qəzeti ”qara siyahıya” azı 6 nəfərin əlavə ediləcəyini yazıb.

Bu ilin martında sanksiya siyahısına ABŞ-da 2016-cı ildə prezident seçkilərinə müdaxilədə ittiham olunan 19 fiziki şəxs və 5 təşkilat əlavə olunub. Fevralda isə ABŞ Ədliyyə nazirliyi “Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır.

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273