DÜNYA

Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb
04 APREL
132

Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb

2018-04-04 15:50:00

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

Fins.az xəbər verir ki, toplantıda Suriyanın Şərqi Guta və İdlibdəki humanitar böhran, eyni zamanda bu ölkədə vəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Membicdə hərbi əməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Həsən Ruhanini məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər. 

Qeyd edək ki, Suriyadakı vəziyyətin müzakirəsinə dair üçtərəfli formatın əsası Astanada qoyulub. Prezidentlərin üçtərəfli görüşü isə ilk dəfə Soçidə olub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273