DÜNYA

NATO rusiyalı diplomatlara viza verməyəcək
03 APREL
111

NATO rusiyalı diplomatlara viza verməyəcək

2018-04-03 15:53:00

NATO Rusiyanın Brüssel nümayəndəliyində çalışmaq üçün göndərmək istədiyi diplomatlara viza verilməyəcəyini elan edib.  

Fins.az xəbər verir ki,  bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Bəli, Brüsseldə 7 nəfər arzuolunmaz elan edildi. Həm də bildirildi ki, daha 3 əməkdaşa viza verilməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278