DÜNYA

Latviya məktəblərində rus dilinə QADAĞA
02 APREL
120

Latviya məktəblərində rus dilinə QADAĞA

2018-04-02 13:47:00

Latviya prezidenti Raymond Veyonis milli azlıqların təhsil aldığı məktəblərin latış dilinə keçirilməsi haqda fərman imzalayıb. Fins.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Artıq Latviyada orta təhsil yalnız dövlət dilində, yəni, latış dilində olacaq. Bu barədə təhsil haqda qanuna lazımi dəyişikliklər edilib.

“Bu daha möhkəm cəmiyyət yaradacaq və ölkəni gücləndirəcək” – prezident Veyonis bildirib.

Təhsilin yalnız dövlət dilinə 2019-cu ilin sentyabrın 1-də keçirilməsi gözlənilir. Keçid dövrünün 2021-ci ilin sentyabrın 1-ə kimi davam edəcək.

Məktəbəqədər təhsil  ikidilli (rus və latış)  olacaq. 1-ci sinifdən 6-cı sinifədək bu iki dilli sistemin 3 modeli tədbiq ediləcək. 7-ci sinifdən 9-cu sinifə kimi tədris olunan fənlərin 80 faizi latış dilində olacaq. Son 11 və 12-ci siniflər isə yalnız latış dilində olacaq.

Qeyd edək ki, Latviyada 2 milyonadək insan yaşayır ki, onların da 40 faizə qədərini rus dilli milli azlıqlar təşki edir.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279