DÜNYA

Belarusda benzinin qiyməti beşinci dəfə bahalaşıb
02 APREL
168

Belarusda benzinin qiyməti beşinci dəfə bahalaşıb

2018-04-02 11:48:00

 Belarusda avtomobil yanacağının pərakəndə satış qiyməti mart ayı ərzində dördüncü dəfə bahalaşıb.

Fins.az xəbər verir ki, bununla ölkədə 2018-ci ilin əvvəlindən 5 dəfə bahalaşma qeydə alınıb.

Martın 30-dan etibarən Belarusda avtomobil benzini və dizel yanacağının qiyməti 1 qəpik və ya orta hesabla 0,75% artıb.

Beləliklə, “Aİ-92” markalı benzinin qiyməti 1,25 Belarus rublu/litr (1,09 manat), “Aİ-95” markalı benzinin qiyməti 1,33 Belarus rublu /litr (1,16 manat), “Aİ-98” markalı benzinin qiyməti 1,54 Belarus rublu /litr (1,34 manat), dizel yanacağının qiyməti isə 1,36 Belarus rublu/litr (1,18 manat) təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273