DÜNYA

Bu ölkə 19 min türkü deportasiya etməyə hazırlaşır
02 APREL
551

Bu ölkə 19 min türkü deportasiya etməyə hazırlaşır

2018-04-02 11:29:00

Avstriyada yaşayan 18 min 500-dən çox türk ikili vətəndaşlıq səbəbindən ölkədən deportasiya edilmə təhlükəsi ilə qarşılaşıb.

Fins.az xəbər verir ki, hökumətlə koalisiyada olan Azadlıq Partiyası (FPÖ) ölkədə yaşayan türklərin eyni zamanda Türkiyə vətəndaşı olmadıqlarını sübut etmələrini tələb edib.

İkili vətəndaşlığa sahib olmadıqlarını sübut edə bilməyənlər isə ölkədən deportasiya ediləcək və Avstriya vətəndaşlarına məxsus bütün hüquq və azadlıqlarını itirəcək.

Qeyd edək ki, ötən il referendumla Avstriya konstitusiyasına edilən dəyişiklikdən sonra ölkədə ikili vətəndaşlıq daşıyanlar üçün ciddi problem yaranıb.

Bu şəxslərin Türkiyə vətəndaşı olmadığını sübut etməsi isə çətin məsələdir, çünki Türkiyə bu barədə hansısa sənəd təqdim etmir.

© Axar.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256