DÜNYA

Çin ABŞ-dan idxal olunan mallara görə gömrük rüsumunu artırıb
02 APREL
166

Çin ABŞ-dan idxal olunan mallara görə gömrük rüsumunu artırıb

2018-04-02 10:38:00

Çinin Dövlət Şurası aprelin 2-dən etibarən 128 adda Amerika məhsuluna görə alınan rüsumun artırılması barədə qərar qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə bazar günü Çinin Maliyyə Nazirliyi məlumat yayıb.

"Aprelin 2-dən biz 7 növdə və 128 adda Amerika məhsuluna qoyulan gömrük güzəştindən imtina edirik. Birləşmiş Ştatlardan idxal olunan meyvə və onlardan hazırlanan qida məhsullarına görə bundan sonra 15 faiz vergi alınacaq. Donuz əti və ondan hazırlanan məhsullara görə tarif isə 25 faiz təşkil edəcək", - deyə idarənin rəsmi saytında dərc olunan məlumatda bildirilir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253