DÜNYA

Çin ABŞ-a özünə quyu qazmamağı tövsiyə edib
29 MART
455

Çin ABŞ-a özünə quyu qazmamağı tövsiyə edib

2018-03-29 23:59:00

Çin ABŞ hökumətinə iki ölkənin münasibətlərini daha da korlayacaq addımlar atmamağı tövsiyə edib. Fins.az RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri brifinqdə Çinin kommersiya nazirliyinin nümayəndəsi Qao Fen deyib. Əlavə olaraq Q.Fen qeyd edib ki, “əks təqdirdə ABŞ ın başqaları üçün qazdığı quyuya özü düşə bilər”.

ABŞ ın polad və aliminiüma tətbiq etdiyi qadağalara görə Çin nə tədbir görəcək sualına Qao Fen bu cür cavab verib. “Çin hökuməti artıq cavab addımlarını hazırlayıb və əgər danışıqlar nəticə verməsə o zaman biz də öz tədbirimizi görəcəyik” deyə qeyd olunub.

Danışıqlar müddəti 31 martda başa çatır və yalnız danışıqların nəticəsindən sonra cavab tədbirləri görüləcək deyə Qao Fen bildirib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256