DÜNYA

Çində inşasına başlanılan göydələn dünyanın ən hündür ikinci binası olacaq
29 MART
242

Çində inşasına başlanılan göydələn dünyanın ən hündür ikinci binası olacaq

2018-03-29 18:35:00

Çinin Şencen şəhərində hündürlüyü 700 metrə yaxın olacaq göydələnin təməli qoyulub. Şəhərin Lunqan rayonunda inşa olunan göydələn Çində ən hündür birinci, dünyada isə “Bürc-Xəlifə”dən sonra ikinci uca bina olacaq. Hazırda Çinin uca binası 2015-ci ildə istifadəyə verilən 632 metr hündürlüyündəki “Şanxay qülləsi”dir.

Layihə dəyəri 8 milyard ABŞ dollarına yaxın olan göydələnin inşasının 2024-cü ildə başa çatması planlaşdırılıb. Binada ofislər, mənzillər, ticarət mərkəzləri, mehmanxanalar, sərgi zalları, orta məktəblər və s. yerləşəcək.

Qeyd edək ki, Çinin texnologiya şəhəri hesab olunan Şencendə göydələn inşası geniş vüsət alıb. Təkcə 2016-cı ildə şəhərdə 11 göydələnin inşası başa çatıb ki, bu da həmin il ABŞ-da tikilən göydələnlərin sayından çoxdur. Hazırda Şencendə dünyanın ən hündür 4-cü (“Ping An” maliyyə mərkəzi, 600m), 20-ci (“KK100” 442m), habelə 30-cu, 33-cü və 35-ci binaları yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273