DÜNYA

Baş nazir Rusiya iqtisadiyyatında “artım potensialı”nın tükəndiyini bildirir
29 MART
326

Baş nazir Rusiya iqtisadiyyatında “artım potensialı”nın tükəndiyini bildirir

2018-03-29 12:10:00

Rusiya iqtisadiyyatının artım potensialı növbəti böhrandan sonra tükənib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Rusiya mətbuatına istinadən, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev İqtisadi İnkişaf Nazirliyinin kolegiya iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə milli iqtisadiyyatın 1,5% böyüməsinə, investisiya fəallığının artmasına, istehlakçıların tələbatının yüksəlməsinə baxmayaraq, çətin siyasi, iqtisadi, texnoloji, intellektual rəqabət şəraitində daha çox işlər görülməlidir.

D.Medvedev gələcəkdə yüksək iqtisadi artıma nail olmağın çətin məsələ olduğunu qeyd edərək investisiya mühitinin yaxşılaşdırılmasını, kiçik və orta biznesə dövlət dəstəyinin artırılmasını təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271