DÜNYA

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq
29 MART
261

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq

2018-03-29 10:45:00

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq.

Fins.az xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Sülhməramlılıq ümumi məsuliyyətdir. Hamımız öz töhfəmizi verməli və hər kəs daha çox səy göstərməlidir”, deyə N.Heyli qeyd edib.

Hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və 2018-ci ildə büdcənin 28,5%  təmin edib. N.Heyli bildirib ki, ABŞ qanunlarına görə Vaşinqton BMT-nin büdcəsinə 25%-dən az ödəyə bilər. Ödənişlərin həcminə görə ikinci yerdə Çindir - 10%.

Qeyd edək ki, BMT Baş Assambleyası ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini ötən ilin sonunda təsdiq edib. Budcə 5,39 milyard dollar təşkil edib, bu göstərici əvvəlki iki illik büdcə ilə müqayisədə 166 milyon dollar azdır.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256