DÜNYA

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb
28 MART
233

Türkiyə-ABŞ danışıqlarının tarixi açıqlanıb

2018-03-28 15:05:00

Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Membic əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.

Fins.az xəbər verir ki, o, ABŞ dövlət katibinin müavini ilə görüşəcək.

Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.

Xatırladaq ki, Membicə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir. Rəsmi Ankara isə həmin əraziyə girəcəyini bildirir, Vaşinqtondan isə terrorçuların Membicdən çıxarılmasını tələb edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256