DÜNYA

OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir
28 MART
194

OPEC Rusiya ilə uzunmüddətli əməkdaşlığa ümid edir

2018-03-28 12:18:00

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvü olmayan Rusiya və digər neft hasilatçısı ölkələri ilə uzunmüddətli əməkdaşlıq etmək istəyir. 

Fins.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman deyib. 

"OPEC 1 illik sazişdən uzunmüddətli anlaşmaya keçid üzərində çalışır. Bu 10-20 illik müddəti əhatə edəcək", - deyə o, qeyd edib. 

Şəhzadənin sözlərinə görə, belə bir razılaşma mövcuddur, lakin onun detalları hələ ki, işlənib hazırlanmayıb. 

Qeyd edək ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələri arasında hasilatın həcminin azaldılmasına dair anlaşma bu ilin sonuna qədər qüvvədədir. Ötən həftə S.Ərəbistanının energetika naziri Xalid əl-Falih anlaşmanın müddətinin 2019-cu ildə də uzadılacağına ümid etdiyini bildirib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256