DÜNYA

Rusiya iqtisadiyyatında diplomat böhranı – Rubl düşdü
27 MART
533

Rusiya iqtisadiyyatında diplomat böhranı – Rubl düşdü

2018-03-27 12:54:00

ABŞ və 14 Avropa Birliyi ölkəsinin rus diplomatlarını ölkədən çıxarmaq yönündə qərarı rus rublunun məzənnəsinin düşməsinə səbəb olub. 

Fins.az xəbər verir ki, rublla bərabər Moskva birjası da düşüb. 

Moskva Birjası İndeksi (MICEX) 0,8 faiz dəyərdən düşərək 2.268 bala geriləyib. RTS indeksi  0,9 faiz enərək 1.250 bal olub. 

Analitiklər neftin qiymətindəki yüksəlişə rəğmən, rublun məzənnəsinin zəifləyəcəyini irəli sürürlər. 

Qeyd edək ki, ABŞ Rusiyanın 60 diplomatının ölkəsindən çıxarılması, eləcə də, səfirliyin bağlanması qərarını verib. Avropa İttifaqı (Aİ) isə 14 üzv ölkəsinin rus diplomatlarını ölkədən çıxaracağını bəyan edib. 

Nəzərə çatdıraq ki, rubl Azərbaycan manatına nisbətdə dəyər qazanıb. Rəsmi məzənnəyə görə, rubl/manat məzənəsi 0,0298 manat təşkil edir.

Moskva birjasında isə 1 dollar 57 rubldur. 

© OXu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256