DÜNYA

Rus diplomatlarını geri göndərən ölkələrin sayı 18-ə çatdı
27 MART
231

Rus diplomatlarını geri göndərən ölkələrin sayı 18-ə çatdı

2018-03-27 12:08:00

ABŞ, Kanada, Avropa Birliyinin 14 ölkəsi, Ukrayna və Albaniya rus diplomatlarını geri göndərir.

Fins.az-ın məlumatına görə, söhbət ümumilikdə 100 diplomatdan gedir.

Rusiya Xarici İşlər Nazirliyi bu addımı qeyri-məhsuldar adlandıraraq onun fəsadsız ötüşməyəcəyini bəyan edib.

Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278