DÜNYA

Putin Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğının səbəblərini açıqlayıb
27 MART
850

Putin Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğının səbəblərini açıqlayıb

2018-03-27 11:07:00

Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərində yerləşən "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş və 64 nəfərin ölümünə səbəb olmuş yanğının nəticələrinin aradan qaldırılmasına dair iclas keçirir.

Fins.az xəbər verir ki, dövlət başçısı iclasa bir dəqiqəlik sükutla başlayaraq, ölənlərin qohumlarına və yaxınlarına başsağlığı verib.

"Burada baş verənlər döyüş hərəkətləri, şaxtada qəfildən metan qazının püskürməsi deyil. İnsanlar, uşaqlar bura istirahətə gəlmişdilər. Demoqrafiyadan danışırıq və bu qədər insanı nədən itiririk? Cinayətkar səhlənkarlıqdan", - V.Putin bildirib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256