DÜNYA

İslandiya Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırıb
27 MART
143

İslandiya Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırıb

2018-03-27 10:44:00

İslandiya hökuməti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızının Britaniyada, Solsberidə zəhərlənməsi ilə əlaqədar Rusiya ilə bütün əlaqələri müvəqqəti dayandırmağı qərara alıb.

Fins.az xəbər verir ki, bu barədə həmin ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Görülən tədbirlər arasında Rusiya hakimiyyəti ilə bütün yüksək səviyyəli dialoqların müvəqqəti dayandırılması da var", - deyə nazirliyin bəyanatında bildirilir.

İslandiya hökuməti həmçinin Rusiya hakimiyyətini Solsberidə baş verən hadisə ilə bağlı zəruri suallara dəqiq cavab verməyə və kimyəvi silahın qadağan olunması təşkilatı ilə əməkdaşlıq etməyə çağırıb.

Qeyd edək ki, dünən ABŞ, Kanada və Avropa dövlətləri də daxil olmaqla, 18 ölkə rus diplomatlarını ərazilərindən çıxarmaq barədə qərar qəbul edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279