DÜNYA

Çin ABŞ-dan 3 mlrd. dollarlıq idxala gömrük rüsumu tətbiq edəcək
23 MART
422

Çin ABŞ-dan 3 mlrd. dollarlıq idxala gömrük rüsumu tətbiq edəcək

2018-03-23 15:55:00

Çin ABŞ-dan 3 mlrd. dollar dəyərində mal idxalına gömrük rüsumu tətbiq edəcək.

Fins.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama yayıb.

Nazirlik ABŞ-dan donuz əti, alüminium və polad məmulatları, həmçinin meyvə və şərab idxalına gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çindən 50 mlrd. dollarlıq məhsul idxalı üçün gömrük vergisi tətbiq olunması əmrini verib. ABŞ ticarət nümayəndəsi Robert Laytizer bu addımın atılmasına səbəb olaraq Çinin əqli mülkiyyət hüquqlarını pozmasını göstərib.

Bu açıqlamalardan sonra ötən gün birjalarda “Dow Jones” indeksi 2,93%, “S&P 500” 2,52%, “Nasdaq” 2,43% dəyər itirib. Asiya birjalarında da dalğalanmalar qeydə alınıb.

Xatırladaq ki, ABŞ prezidenti martın əvvəlində idxal olunan polada 25%, alüminiuma isə 10% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279