DÜNYA

“Petkim”ə yeni baş direktor müavini təyin olunub
19 MART
462

“Petkim”ə yeni baş direktor müavini təyin olunub

2018-03-19 21:22:00

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”ə yeni baş direktor müavini təyin edilib.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az xəbər verir ki, bu barədə Holding Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) məlumat yayıb.

Məlumata görə, Dinçər Akbaba “Petkim”in layihələr və texniki xidmət üzrə baş direktor müavini təyin olunub.

Qeyd edək ki, bundan öncə “Petkim”in layihələr və texniki xidmət üzrə müavini Bilal Quliyev olub. O, SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş”də yeni vəzifəyə təyin edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270