DÜNYA

"Rosneft" ötən il hasilat həcminə görə liderliyini qoruyub
19 MART
189

"Rosneft" ötən il hasilat həcminə görə liderliyini qoruyub

2018-03-19 14:11:00

Rusiyanın neft hasilatçısı "Rosneft" 2017-ci ildəki hasilat həcminə görə yenə lider olub. 

Fins.az xəbər verir ki, şirkət ötən il 281,7 mln. ton (gündəlik 5,72 mln. barel) karbohidrogen hasil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5% çoxdur. 

"Rosneft"in illik maye karbohidrogen istehsalının həcmi isə 225,5 mln. ton təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 7,6% çoxdur. 

Bu baxından şirkət Rusiyada 41%-lik, dünyada isə 6%-lik paya malik olub. 

Dünyanın digər aparıcı enerji şirkətlərinə gəlincə isə Fransanın "Total" şirkəti karbohidrogen və maye karbohidrogen istehsalını müvafiq olaraq 4,7% və 5,9%, ABŞ-ın "ExxonMobil" şirkəti 1,7% və 3,5%, "Çveron" şirkəti 5,2% və 0,2% , Norveçin "Statoil" şirkəti 5,2% və 0,7% artırıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273