DÜNYA

Rusiyada prezident seçkisinin yekun nəticələri on gün ərzində açıqlanacaq
19 MART
272

Rusiyada prezident seçkisinin yekun nəticələri on gün ərzində açıqlanacaq

2018-03-19 12:31:00

 Rusiyanın fəaliyyətdə olan prezidenti Vladimir Putin yenidən bu vəzifəyə seçilib.

Fins.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova açıqlayıb.

Bildirilib ki, martın 18-də Rusiyada prezident seçkisi 97 min seçki məntəqəsində keçirilib. Səsvermədə seçicilərin 67,4 faizi iştirak edib.

Səsvermənin nəticələrinə görə, Vladimir Putin 76,6 faiz səs toplayıb. Ona 56 milyon 200 min seçici səs verib.

Məlumata görə, Kommunist Partiyasının namizədi Pavel Qrudinin 11,92 faiz səslə siyahıda ikinci yerdə, Liberal Demokrat Partiyasının namizədi Vladimir Jirinovski 5,77 faiz səslə üçüncü yerdə qərarlaşıb.

"Vətəndaş təşəbbüsü"nün namizədi Kseniya Sobçak 1,67 faiz, Qriqori Yavlinski 1,04 faiz seçici səsi toplayıblar. Seçicilər Boris Titova 0,76 faiz, Maksim Suraykinə 0,68 faiz, Sergey Baburinə 0,65 faiz səs verib.

Ella Pamfilova deyib ki, on gün ərzində prezident seçkisinin rəsmi nəticəsi açıqlanacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256