DÜNYA

Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb
17 MART
373

Rusiya hökuməti dövriyyəyə yeni avrobondlar buraxıb

2018-03-17 21:03:00

Rusiyanın Maliyyə Nazirliyi 4 mlrd. ABŞ dolları məbləğində 2 partiya yeni avrobond yerləşdirib.

Fins.az xəbər verir ki, 1-ci partiya avrobondlar 11 il müddətində dövriyyədə olacaq. Onların gəlirliliyi 4,625%, ümumi dəyəri 1,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 97,863%-i qədərdir.

2-ci partiya avrobondlar isə 29 il müddətinə buraxılıb. Onların gəlirliliyi 5,25%, ümumi məbləği isə 2,5 mlrd. dollar, satış qiyməti isə nominal dəyərinin 99,9915%-i qədərdir.

Avrobondların yerləşdirilməsindən əldə olunacaq vəsait hesabına Rusiyanın tədavül müddəti 2030-cu ildə başa çatmalı olan və bir qədər yüksək gəlirliliklə buraxılmış istiqrazlarının geri alınmasına sərf olunacaq. Bunun üçün 3,2 mlrd. dollar lazımdır. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258