DÜNYA

Eyfel qülləsini qırmızı boya ilə boyayacaqlar
14 MART
374

Eyfel qülləsini qırmızı boya ilə boyayacaqlar

2018-03-14 10:13:00

Heç kimə sirr deyil ki, Fransanın paytaxtı Paris şəhərinin simvolu sayılan Eyfel qülləsi uzun illər ərzində müxtəlif rənglərlə boyanıb.

Fins.az xəbər verir ki, bu rənglərdən xardal, tünd narıncı, sarı rəngi misal göstərmək olar. Tarixi ərzində qüllə 19 dəfə müxtəlif rənlərə boyanıb.

Hal-hazırda mütəxəssislər Eyfel qülləsini ilkin rəngini özünə qaytarmaq və onu qırmızı rəngə boyamaq istəyirlər. Amma hələ ki, qəti qərar qəbul edilməyib.

Fransa Mədəniyyət Nazirliyinin əməkdaşı bildirib ki, Eyfel qülləsinin köhnə formasını və rəngini geri qaytarmaq istəyirlər: "Bundan sonra yeni ideyaların tətbiq edilməsi haqqında düşünəcəyik".

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256