DÜNYA

Nəhəng almazın satış qiyməti bəlli oldu
14 MART
212

Nəhəng almazın satış qiyməti bəlli oldu

2018-03-14 09:28:00

Dünya tarixinin ən iri almaz daşlarından sayılan “Lesoto əfsanəsi”  nə az, nə çox düz 40 milyon dollara satılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

“Müstəsna keyfiyyətə malik 910 karat çəkidə olan almaz Antverpendə 40 milyon dollara satılıb. Hərrac 12 mart 2018-ci il tarixində keçirilib” deyə Britaniyanın iri zərgərlik şirkətinin yazılı məlumatında qeyd olunur.

Sözügedən almaz Lesoto krallığının Letsenq mədənindən çıxarılıb. “Lesoto əfsanəsi” son 200 il ərzində hasil olunmuş beşinci ən böyük qiymətli daşdır.

Mineral ikinci almaz tipinə aiddir. Tərkibində azot qatqısı yoxdur  və dünyanın ən qiymətli daşlarından hesab olunur.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272