DÜNYA

Türkiyədə avronun məzənnəsi rekord həddə çatdı – Səbəb?
13 MART
512

Türkiyədə avronun məzənnəsi rekord həddə çatdı – Səbəb?

2018-03-13 14:35:00

Türkiyədə avronun məzənnəsi 4,76 lirəyə yüksələrək tarixi rekordunu yeniləyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Buna səbəb ölkənin xarici ticarət balansının yanvar ayı üzrə kəsirinin gözləntiləri üstələyərək 7,1 mlrd. dollar təşkil etməsidir.

Analitiklər bu rəqəmin 6,8 mlrd. dollar olacağını proqnozlaşdırırdılar.

Türkiyədə avro ilə yanaşı, ABŞ dollarının da məzənnəsi artıb. Amerika valyutası 3,86 lirəyə qədər bahalaşıb.

Analitiklər hesab edir ki, məzənnə artımı həm də bu gün ABŞ-da açıqlanacaq fevral ayı üzrə inflyasiya göstəricisi ilə bağlıdır. Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin martın 20-21-də keçiriləcək növbəti monetar siyasət iclasında uçot dərəcəsinin artırılması gözlənilir. Son nəticədə Türkiyədə dolların məzənnəsi 4 lirəni, avronun məzənnəsi isə 5 lirəni ötə bilər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267