DÜNYA

Rusiya ünvanına səslənən ittihamları rədd etdi
13 MART
199

Rusiya ünvanına səslənən ittihamları rədd etdi

2018-03-13 14:25:00

Rusiya “Noviçok” qazının istehsalını dayandırıb və bütün ehtiyyatları məhv edib. Fins.az xəbər verir ki, bu barədə “Ria Novosti”-yə açıqlamasında xüsusi xidmət veternı sayılan senator İqor Morozov bildirib.

“Rusiya nəinki, sinir iflici qazlarının istehsalın dayandırıb, eyni zamanda “Noviçok”un da bütün ehtiyyatlarını məhv edib. Bu, beynəlxalq müqavilələr əsasında kimyəvi silahların qadağan edilməsi beynəlxalq təşkilatının iştirakı ilə baş tutub” - Morozov açıqlama verib.

O, qeyd edib ki, Rusiya hərbi zəhərləyici maddələrin son kiloqramını 2017-ci ildə məhv edib.

Onun sözlərinə görə Rusaiyaya qarşı bu ittihamlar Suriya hadisələri və Rusiya sərhədlərində NATO qüvvələrinin möhkəmləndirilməsi üçün edilir.

Qeyd edək ki, dünən Britaniya baş naziri Tereza Mey eks-polkovnik Sergey Skripalın zəhərlənməsində “Noviçok” qazından istifadə olunduğu bildirərək Rusiya ittiham edib.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256