DÜNYA

Fransada "quş qripi" yayıldı
13 MART
221

Fransada "quş qripi" yayıldı

2018-03-13 14:16:00

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib.

Fins.az-ın məlumatına görə, qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

Qeyd olunur ki, idxal məhdudiyyəti martın 13-dən başlayaraq müvəqqəti tətbiq olunur.

Quş qripinin Fransanın Men və Luara, Sarta, Dö-Sevr departamentlərində qeydə alındığı bildirilir.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255