DÜNYA

Dünyada dollar likvidliyi ilə bağlı problem kəskinləşməyə başlayıb
12 MART
716

Dünyada dollar likvidliyi ilə bağlı problem kəskinləşməyə başlayıb

2018-03-12 15:32:00

 Qlobal maliyyə bazarlarında nikbin əhval-ruhiyyə olsa da, əsas göstəricilərdən biri olan dollar likvidliyi ilə bağlı problem kəskinləşməyə başlayıb. 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az xəbər verir ki, dollar likvidliyi və yaxud daha dəqiq desək banklararası bazarda dolların dəyəri, maliyyəçilərin gələcək sarsıntılarını və kredit böhranını göstərən ən önəmli və düzgün indikatorlardan hesab olunur.

Dollar likvidliyini əks etdirən LIBOR-OIS göstəricisi 6 illik diapazondan çıxaraq 2 bənd artıb və 44,23 bəndə çatıb. 

Qeyd edək ki, LIBOR  -London banklararası kredit faizini, OIS isə "Gecəlik svop indeks faizini göstərirr. Üç aylıq LIBOR faizi, trilyonlarla dollar məbləğində olan borc bazarında baza faiz dərəcəsi kimi götürülür. Aşağıdakı qrafikdə 3 aylıq LIBOR-la OIS arasında fərq göstərilib:

LİBOR-OIS fərqinin artması, investorların iqtisadi vəziyyəti daha pis gördüklərini göstərir. Hazırda bu göstərici 2012-ci ildə avrozonada qeydə alınmış maliyyə böhranından sonra ən yüksək həddə çatıb. Analitiklər dollar likvidliyinin artmasına bir sıra amillərin təsir etdiyini bildirirlər. Bunların arasında ABŞ-ın qısamüddətli dövlət istiqrazlarında təklifin artması, faizlərin yüksəlməsi səbəbindən dollar depozitlərindən qaçış, ABŞ-ın pul-kredit siyasətində qeyri-müəyyənliyə görə ödənilən risk premiyası, bankların kredit-defolt svoplarının (CDS) artması, ABŞ-da vergi islahatı nəticəsində kapitalın repatriasiyası səbəbindən dollara artan tələb var.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267