DÜNYA

Hazırlaşın, Marsa gedirik
12 MART
304

Hazırlaşın, Marsa gedirik

2018-03-12 14:12:00

"Hazırda Marsa yollamağı planlaşdırdığımız planetlərarası kosmik gəminin inşası ilə məşğuluq"

Kosmik vasitələr və raket istehsalçısı olan "SpaceX" şirkətinin təsisçisi İlon Mask (Elon Musk) insanları həyəcanlandıran açıqlama verib. Fins.az xəbər verir ki, o, gələn ildən etibarən Mars planetinə ilk ekskursiyaların başlayacağını söyləyib.

"Hazırda Marsa yollamağı planlaşdırdığımız planetlərarası kosmik gəminin inşası ilə məşğuluq. Öncə qısa səyahətlər olacaq. Test uçuşları gələn ilin əvvəlində başlayacaq", — şirkət rəhbəri bildirib.

Bununla belə, Mask qeyd edib ki, ilk səfərlərdə insanlar yer almayacaq. "SpaceX" təsisçisi Marsa əvvəlcə nələrin göndəriləcəyi haqda isə heç nə deməyib.

© Sputnik Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255