DÜNYA

Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $
12 MART
239

Yaponiyada ən iri tunes balığı hərracda satıldı - 67 min $

2018-03-12 14:07:00

Bu gün Yaponiya balıqçılığı tarixində ən iri tunes balığı hərracda satışa çıxarılıb.

Fins.az-ın məlumatına görə, çəkisi 450 kq, uzunluğu 2,74 m olan tunes ovlanan bu növ balıqların mütəmadi qeydiyyatının aparıldığı 1949-cu ildən tutulan ən ağır çəkili tunes olub.

Balıq auksionda 7,15 milyon yen - təqribən 67 min dollara satılıb.

Tunes martın 9-da Honsü adasından 555 km cənubda, Oqasavara adalarında ovlanıb. Balıqçılar tunesi sudan çıxartmağa təqribən 1 saat vaxt sərf ediblər.

Xatırladaq ki, ötən ilin mart ayında Katsuura limanından olan ovçular çəkisi 446 kq, uzunluğu 2,82 m olan tunes ovlamışdılar.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256