DÜNYA

“Saudi Aramco”nun IPO-su 2019-cu ilə qala bilər
09 MART
236

“Saudi Aramco”nun IPO-su 2019-cu ilə qala bilər

2018-03-09 16:55:00

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) 2019-cu ilə qala bilər.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu barədə “Bloomberg TV”yə açıqlamasına Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih deyib.

“Aramco”nun IPO-sunun bu il dekabrın 31-də və ya gələn il yanvarın 1-də olmasının krallıq üçün heç bir fərqi yoxdur”, – deyə nazir bildirib.

Xatırladaq ki, “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser Hyustonda keçirilən “IHS Markit CERAWeek 2018” enerji konfransındakı çıxışında deyib ki, şirkətin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi üzrə hazırlıqlarda irəliləmə müşahidə edilir. IPO-nun nə zaman və harada olacağı “Aramco”nun səhmdarlarından asılıdır.

Qeyd edək ki, “Aramco”nun IPO-sunun ilk olaraq Səudiyyə Ərəbistanı “Tedavul” birjasında, sonra isə Nyu-York, London, Honq-Konq və ya Tokio birjalarında əməliyyata başlaması gözlənilir. “Aramco”nun səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple”i geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267