DÜNYA

Bu il ABŞ-ın gündəlik neft hasilatı 10,7 milyon barrel olacaq
09 MART
292

Bu il ABŞ-ın gündəlik neft hasilatı 10,7 milyon barrel olacaq

2018-03-09 15:06:00

Cari ildə ABŞ-ın xam neft istehsalı sutkalıq orta hesabla 10,7 milyon barrel olacaq.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) mart ayı üzrə hesabatında deyilir. Bildirilir ki, 2019-cu ildə isə ABŞ-ın xam neft hasilatının gündəlik orta hesabla 11,3 milyon barrel olacağı nəzərdə tutulur.

Beləliklə də, EIA ölkənin neft istehsalı üzrə proqnozunu bu il və gələn il üçün sutkalıq orta hesabla 100 min barrel artırıb.

EIA fevraldakı hesabatında 2018-ci ildə ABŞ-ın neft hasilatının sutkada 10,6 milyon barrel, gələn il isə gündəlik 11,2 barrel olacağını proqnozlaşdırırdı.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255