DÜNYA

Barak Obama ABŞ televiziyasında şou aparacaq
09 MART
249

Barak Obama ABŞ televiziyasında şou aparacaq

2018-03-09 14:10:00

 ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin "Netflix" telekanalı ilə şouların çəkilişində iştirakı ilə bağlı danışıqlar aparır.

Fins.az xəbər verir ki, "The New York Times" qəzeti danışıqların artıq başa çatmaq üzrə olduğunu və "Netflix" telekanalının Barak Obama və həyat yoldaşı Mişelə eksklüziv kontent üçün yüksək məbləğ ödəməyə hazır olduğunu yazıb. Müqavilədə nəzərdə tutulan məbləğ açıqlanmır.

Nəşrin məlumatına görə, B.Obama bu layihə çərçivəsində Prezident Donald Trampın ona qarşı hücumlarına şərh verməyi yox, bunun əvəzində geniş auditoriya cəlb edə biləcək mövzulara diqqət yetirməyi planlaşdırır.

Həmçinin sabiq dövlət başçısını səhiyyə, seçici hüququ, xarici siyasət, immiqrasiya, qlobal istiləşmə problemlərinə həsr olunan şou proqramda müzakirələrin moderatoru etmək variantı da müzakirə olunur. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255