DÜNYA

ABŞ-ın xam neft ehtiyatlarının həcmi – MƏLUM OLDU
09 MART
215

ABŞ-ın xam neft ehtiyatlarının həcmi – MƏLUM OLDU

2018-03-09 11:59:00

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 2,4 milyon barrel (0,6 faiz) artaraq 425,9 milyon barrel olub.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 3 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları da keçən həftə 0,2 milyon barrel artaraq 665,5 milyon barrelə yüksəlib.

Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 0,8 milyon barrel (0,3 faiz) azalaraq 251 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 2,5 milyon barrel çoxalmışdı.

Hesabat həftəsində ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 721 min barrel artaraq 8 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 53 min barrel artaraq 1,5 milyon barrel təşkil edib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256