DÜNYA

İraq yeni milli neft şirkətini yaradır
09 MART
215

İraq yeni milli neft şirkətini yaradır

2018-03-09 10:01:00

İraq özünün yeni milli neft şirkətini yaradır.

Fins.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə İraq Parlamentinin neft və enerji komissiyasının üzvü Zahir əl-Ubeydi deyib.

O bildirib ki, parlament səs çoxluğu ilə yeni milli neft şirkətinin yaradılması barədə qanununu təsdiqləyib. Yeni şirkət İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) də daxil ölkədəki bütün neft fəaliyyətlərini idarə edəcək. Şirkət rəhbərliyi xalqa nə qədər payın düşəcəyini təyin edəcək. Həmçinin xalq tərəfindən şirkətə nəzarət edilməsinə də imkan veriləcək.

Qeyd edək ki, İraq mərkəzi hökumətinin neft əməliyyatları və satışı hazırda dövlətə məxsus “SOMO” şirkəti tərəfindən həyata keçirilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258