DÜNYA

İraqın 2018-ci il büdcəsinin 85 faizi neft gəlirlərinə əsaslanır
07 MART
419

İraqın 2018-ci il büdcəsinin 85 faizi neft gəlirlərinə əsaslanır

2018-03-07 18:54:00

İraqın 2018-ci il büdcəsinin 85 faizi neft gəlirlərinə əsaslanır. Bu barədə Anadolu Agentliyinə müsahibəsində İraq Parlamentinin deputatı və Maliyyə Komissiyasının katibi Əhməd Hacı Rəşid deyib.

O bildirib ki, İraq Parlamentinin təsdiqlədiyi 2018-ci il büdcəsinin 85 faizi neft gəlirlərinə söykənir. Büdcədə neftin barrel qiyməti 46 dollar hesablanıb. Bu il 250 min barreli Kərkükdən olmaqla gündəlik 3,88 milyon barrel neft ixracı planlaşdırılır. 2018-ci il büdcəsi təxminən 88 milyard dollar nəzərdə tutulub. Büdcədə neft gəlirləri orta hesabla 70 milyard dollara bərabərdir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256