DÜNYA

Avrozonada son 10 ilin ən yüksək iqtisadi artımı qeydə alınıb
07 MART
195

Avrozonada son 10 ilin ən yüksək iqtisadi artımı qeydə alınıb

2018-03-07 14:44:00

Avrozona ölkələrinin iqtisadiyyatı 2017-ci ilin IV rübündə 0,6%, il ərzində isə 2,7% böyüyərək son 10 ilin ən yüksək iqtisadi artımına nail olub. 

Fins.az xəbər verir ki, inkişaf göstəriciləri analitiklərin proqnozları ilə üst-üstə düşüb.

İqtisadi artıma səbəb kimi hesabat dövründə ixracın və investisiyaların artması göstərilir. Bununla belə, ABŞ-ın "proteksionist" qərarları iqtisadi inkişafın yavaşlaya biləcəyini ehtimal etməyə əsas verir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256